Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 049 nəfərin test edildiyi, 61 min 727 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 35 min 163 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.