10 Yanvar 2022 16:10
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda iğtişaşlardan sonra 8 min nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Situasiya Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, ölkə üzrə 7939 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda iğtişaşlarda həlak olanlar üçün matəm elan edilib.

Qazaxıstanın dövlət katibi Yerlan Karin ölkədə baş verənləri “Qazaxıstana qarşı hibrid terror aktı” adlandırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər