Almatıda iğtişaşlarda iştirakını lentə alan cinayətkar qrup saxlanılıb.
Teleqraf.com Qazaxıstanın nur.kz saytına istinadən bildirir ki, üç nəfərlik qrup Türküstan vilayətində həbs edilib.
Onlar Türküstan bölgəsində, Almatı-Termez-Daşkənd avtomobil yolunun kənarındakı Aktaş keçid məntəqəsində ələ keçirilib. Saxlanılanlar Sarıağaş və Keles rayonlarının sakinləridir.
Yoxlama zamanı əməliyyatçılar avtomobilin kabinəsindən tapança aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb.
Məlumat üçün deyək ki, Türküstan bölgəsində ümumilikdə 30 nəzarət-buraxılış məntəqəsi yaradılıb.