17 Yanvar 2022 11:55
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara Timur Kulibayevin əri Atameken Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, eks-prezientin kürəkəni bu barədə istefa ərizəsində bildirib.

“Mən bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - Nazarbayevin kürələni yazıb.

Bəyanatda Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib, amma istefasının səbəbini açıqlamayıb.

Məlumat üçün qeyd edək ki, Kulibayev və həyat yoldaşı ölkənin ən böyük bankının - Qazaxıstanın Xalq Bankının sahibləridir.

Bildirək ki, yanvarın 15-də “Kaztransoil” şirkətinin rəhbəri Dimaş Dosanov və “QazaqGaz” şirkətinin rəhbəri Kayrat Sribayev də istefa verib.

Dimaş Dasanov Nazarbayevin kiçik qızı Aliyənin əridir.

Kayrat Şaribayev isə Nazarbayevin böyük qızı Dariqanın əri kimi təqdim edilir.


Müəllif: Nemət