Yunanıstanın Fransadan sifariş etdiyi “Rafale” tipli döyüş təyyarələrinin ilk tədarükü həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, sifariş verilən döyüş təyyarələrindən 6-sı Afinanın şimalındakı Tanaqra hərbi hava bazasına eniş edib.
Eniş zamanı təşkil edilən mərasimdə Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilk təhvil-təslimatın sifarişdən 16 ay sonra edildiyinə diqqət çəkərək, 6 təyyarəlik ikinci partiyanın il ərzində, qalanlarının isə 2023-cü ildə təhvil alınacağını bildirib.
“Rafale” tipli döyüş təyyarələri regionda daha dinc gələcək üçün havaya qalxmağa hazırdır” - Baş nazir deyib.
Mitsotakis və Fransa Prezidenti Emmanuel Makron ötən ilin sentyabrında müdafiə sazişi imzalayıb. Bu çərçivədə Yunanıstan Fransadan 3 milyard avro dəyərində 3 yeni freqat alıb.