27 Yanvar 2022 11:00
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkəsi Kanada Ukrayna Silahlı Qüvvələrinə dəstək missiyasını daha üç il uzadacağını və əlavə olaraq ora 60 hərbçi göndərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kanada Baş naziri Castin Trüdo 200 hərbçinin artıq Ukraynada yerləşdirildiyini, yaxın günlərdə 60-nın da göndəriləcəyini deyib.

Kanadanın müdafi naziri Anita Anand isə kanadalı mütəxəssislərin 30 mindən çox Ukrayna hərbçisinə təlim verdiyini bildirib.

Kanada Rusiyanın Ukraynaya yönəlik addımları barədə kəşfiyyat məlumatlarını ABŞ-la da bölüşəcək.

Trüdo bundan əvvəl Kanadanın Ukrayna ilə əbədi dost olduğunu və lazımi dəstəklə həmişə orada olacağını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu