“The Economist”in analizinə görə, Almaniyanın Ukraynaya məsələsində tutduğu mövqe NATO müttəfiqlərində xəyal qırıqlığı yaradıb.
Teleqraf.com xəbər verir ki, analizə görə, müttəfiqlərinin təkidinə baxmayaraq, Berlin Ukraynadan yan keçərək ölkəyə ixrac marşrutunu təmin edən “Şimal axını 2” boru kəmərindən imtina etməyib.
Almaniyanın koalisiya hökumətinə rəhbərlik edən Sosial Demokratlar (SPD) bu ritorikada xüsusilə günahkar hesab olunur. Bir çox alman siyasətçiləri Avropanın təhlükəsizliyinin Rusiyanın razılığını tələb etdiyi fikrini müdafiə edirlər. Kansler Olaf Şolz da eyni fikirdədir.
Almaniyanın yeni “ışıqfor” koalisiyasına daxil olan üç partiya Rusiya ilə bağlı açıq şəkildə bölünüb və Putinin aqressiv cəhdləri onların fikir ayrılıqlarını gözlədiklərindən daha tez sınaqdan keçirib. Koalisiya müzakirələri liderlik tələb edir, lakin çıxışı qeyri-müəyyən və mücərrəd ola bilən Şolz müəyyən dərəcədə qarışıqlığa yol verib. Şolz həm də öz vətəndaşlarını sürətlə artan enerji qiymətlərindən tutmuş qaçqın axınına, eləcə də Rusiya probleminə qədər bir çox problemlərə hazırlaya bilməyib.
Berlindəki Almaniya Xarici Əlaqələr Şurasında Rusiya üzrə mütəxəssis Stefan Meisterə görə, ola bilsin ki, düzgün qərarlar qəbul edilib, lakin bu hökumətin dəhşətli kommunikasiya problemi var.
Nəşrin yazdığına görə, Angela Merkel Putinin yalanlarına nifrət etsə də, onunla hörmətli münasibət saxlayıb. O, səlahiyyətlərinin son aylarında Rusiya lideri ilə dəfələrlə Ukrayna və Şərqi Avropanın təhlükəsizliyini müzakirə edib. Şolz isə vəziyyətin aktuallığına baxmayaraq, yeddinci həftəsində yalnız bir dəfə bunu edib. Putin indi Avropa liderlərindən çox Amerika ilə danışmağa üstünlük verir.