28 Yanvar 2022 13:48
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kipr Respublikası Türkiyə və Şimali Kipr Türk Respublikasına qarşı hava müdafiə sistemlərini gücləndirir.

Teleqraf.com xəbər verir ki, Cənubi Kiprin bu addımı Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən narazılıqla qarşılanıb.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bildirib ki, bu, son dərəcə yanlış addımdır:

“Bu Şərqi Aralıq dənizində gərginliyi artıra biləcək bir addımdır və unutmasınlar ki, Türkiyə Cümhuriyyəti Şimali Kipr Respublikasının qarantıdır.”

Kipr yunan tərəfinin son 1 ildə başda “Dəmir günbəz” olmaqla müxtəlif hava hücumundan müdafiə sistemləri ilə maraqlandığını bildirən müdafiə siyasəti analitiki Turan Oğuz deyib ki, keçmişdən hava hücumundan müdafiə sistemlərinin alınması səylərinə nəzər saldıqda, Kipr yunan tərəfi 1990-cı illərdə S-300 uzaq mənzilli hava hücumundan müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlar aparmışdı:

“Bu danışıqlarda razılaşma əldə olunanda Türkiyə buna etiraz etdi. Bölgədə Afina və Moskvanı əhatə edən uzun müddət böyük gərginlik yaşandı. Türkiyə qabaqlayıcı zərbə endirə və bu sistemləri məhv edə biləcəyində israr etdikdə, Kipr yunan tərəfi təslim oldu. Yunanıstanla müqavilə bağlayan Kipr tərəfi Yunanıstana o gün dəyəri təxminən 450-500 milyon avro olan S-300 PMU1 hava hücumundan müdafiə sistemi verdi. Yunanıstan da sonradan onları Kritdə yerləşdirdi”.

Analitik qeyd edib ki, Dəmir Günbəz 70 kilometrə qədər məsafədəki hədəfləri aşkarlaya və vura bilir:

“Türkiyə Dəmir Günbəz və ya qısa, orta mənzilli sistemlərlə təhdid oluna bilməz. Amma uzun mənzilli hava hücumundan müdafiə sistemi almaq istəsələr, Türkiyə bu nöqtədə yenidən Cənubi Kiprə qarşı çıxa bilər, çünki belə silahlar Türkiyəni təhdid edir. Sistemin işlədilməsi və məhv edilməsi alternativi də gündəmə gələ bilər. Ancaq hansı variantdan asılı olmayaraq Cənubi Kiprin bu addımı yaxşı niyyətli deyil. Bu, gərginliyə səbəb olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər