“Rusiya Ukrayna ilə sərhədə yaxın keçmişdə görülməmiş miqyasda hərbi qüvvə yerləşdirib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın baş qərargah rəisi Mark Milli deyib.
Milli indiyədək bölgədə belə hərbi fəallıq görmədiklərini və yaranmış durumun “soyuq müharibə” dövrünü xatırlatdığını bildirib.
Baş qərargah rəisi xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin nəticəsi, xüsusən də şəhər yerlərində fəlakətli olacaq.
Ukraynaya hərbi texnika dəstəyini davam etdirəcəklərini deyən Milli Rusiyanın NATO ölkələrindən hər hansı birinə müdaxilə edəcəyi təqdirdə buna alyansın nizamnaməsinin 5-ci maddəsi çərçivəsində cavab veriləcəyini bildirib.
ABŞ müdafiə naziri Lloyd Ostin isə Vladimir Putinin Ukraynaya müdaxilə etmək üçün son qərarı verdiyinə inanmadığını, amma buna qadir olduğunu söyləyib. Ostin bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın qərbində güclü və qətiyyətli NATO istəməməsi anlamına gələcək.