Polşa Ukraynaya on minlərlə silah ötürmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Polşa Müdafiə Nazirliyinin rəsmisi Pavel Solox deyib.
Onun sözlərinə görə, söhbət Ukraynaya müdafiə silahlarının göndərilməsindən gedir. Eyni zamanda, Müdafiə Nazirliyinin rəsmisi Varşavanın Kiyevə konkret hansı silahları verəcəyini açıqlamayıb.
Bundan əvvəl Polşa Baş naziri Mateuş Moravetski Rusiyanın mümkün təcavüzünə qarşı Ukraynanı dəstəkləyəcəklərini bildirib.
O, Avropa Birliyini bu baş verməmiş Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.