Qvineya Bisaunun paytaxtı Bisauda prezident Umaro Sissoko Embalonun sədrliyi ilə keçirilən kabinet iclası zamanı dövlət çevrilişi cəhdi uğursuzluqla başa çatıb.
Teleqraf.com xəbər verir ki, Prezident Embalo çevriliş cəhdindən bir neçə saat sonra vəziyyətin nəzarət alftında olduğunu bəyan edib.
“Mən yaxşıyam, vəziyyət hökumətin nəzarəti altındadır”, - deyə bildirib.
Qərbi Afrika ölkəsi Qvineya Bisaunun paytaxtı Bisauda prezident Umaro Sissoko Embalonun sədrliyi ilə keçirilən kabinet iclasında Prezident Sarayı ətrafında silah səslərinin yüksəldiyi hadisənin dövlət çevrilişi cəhdi olduğu açıqlanıb. Qvineya-Bisau hökumətinin sözçüsü Pamela Ferreyra bəzi əsgərlərin prezident Umaro Sissoco Embalonu devirməyə cəhd etdiyini və bunun uğursuz çevriliş cəhdi olduğunu qeyd edib.
Çevriliş cəhdindən saatlar sonra Tviter hesabından paylaşım edən prezident Embalo “Yaxşıyam, Qvineya Bisau xalqına və mənim üçün narahat olan bütün insanlara təşəkkür edirəm. Yaşasın Cümhuriyyət” bəyanatı ilə çıxış edib.