7 Fevral 2022 08:05
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG/PKK terror təşkilatı Suriyanın şimal-şərqində nəzarəti altında olan Qamışlı şəhərində iki jurnalisti qaçırıb.

Teleqraf.com xəbər verir ki, qaçırılan jurnalistlər "ARK News"un müxbiri Səbri Fəxri və "Yekiti Media"nın əməkdaşı Bavər Molla Əhmədidir. Terrorçular gecə saatlarında Qamışlı şəhərində onların evlərinə soxulublar.

Jurnalistlərin yeri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər