Azərbaycan Parlamentinin deputatları Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 60-cı illik sessiyasında iştirak etmək üçün noyabrın 20-dən 25-dək Niderlandda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər Siyasi, İqtisadiyyat, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.
Toplantılarda Avropa enerji təhlükəsizliyi, Cənubi Qafqaz Dəhlizi, Əfqanıstanda siyasi keçid dövrünün problemləri, Ukraynada geostrateji vəziyyət, bu ölkənin suverenliyinə dəstək, Suriyada və Aralıq dənizi hövzəsində qaçqınlar böhranının regional təsirləri, terrorçuluqla mübarizə, transatlantik ticarət və sərmayə tərəfdaşlığı üzrə qətnamə layihələri müzakirə olunacaq.
Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.