8 Fevral 2022 11:33
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə müdafiə baziri Ben Uolles Rusiya və Ukrayna arasında artan gərginliyə görə Polşaya 350 hərbçi göndərəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Uolles polşalı həmkarı Mariuş Blaşakla görüşündə Rusiyanın Ukraynaya qarşı fəaliyyətindən ciddi narahatlığını dilə gətirib.

“Həmrəylik ruhu ilə birlikdə işləyə biləcəyimizi göstərmək və İngiltərə ilə Polşanın yan-yana olduğuna dair güclü mesaj vermək üçün Polşaya əlavə olaraq 350 ingilis hərbçisini göndərəcəyik”, - nazir bildirib.

İngiltərə Müdafiə Nazirliyi 2021-ci ilin noyabrında Polşanın Belarusla sərhədindəki qaçqın böhranı çərçivəsində bölgədə 100 şəxsi heyət yerləşdirmişdi.

Almaniya da Şərqi Avropadakı NATO qoşunlarını gücləndirmək üçün 350 hərbçi göndərəcək. Alman qoşunlarının fevralın ortalarında Litvaya getməsi planlaşdırılır.

ABŞ-ın Rusiyaya qarşı NATO-ya dəstək üçün göndərdiyi hərbi birləşmələrin birinci partiyası isə artıq Polşaya gəlib. ABŞ Polşa və Almaniyaya 2000 hərbçi göndərəcəyini, Almaniyada yerləşən 1000 hərbçinin isə Rumıniyaya köçürüləcəyini açıqlayıb. Həm NATO, həm də ikitərəfli razılaşmalar çərçivəsində ABŞ-ın Polşada təxminən 4500 hərbçisi var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər