15 Fevral 2022 09:41
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbəti on gün kritik olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynadakı vəziyyəti şərh edən ABŞ-ın Gürcüstandakı sabiq səfiri, hazırda Şimal-Qərb Universitetində beynəlxalq əlaqələrdən dərs deyən İan Kelli bildirib.

Sabiq səfir diplomatiyanın alternativi olmadığı qənaətini bölüşüb.

Moskva Ali İqtisadiyyat Məktəbinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Timofey Bordaçev isə bildirib ki, Rusiya və ABŞ Avropa nizamının gələcək forması ilə bağlı maraqların toqquşmasının zirvəsinə yaxınlaşır: “Tərəflər bir-birinə qarşı daha da irəli gedəcək tədbirlər görə bilər”.

Qeyd edək ki, ABŞ kəşfiyyatı Rusiyanın bu həftə Ukraynanı işğal edə biləcəyini açıqlayıb. Rusiyanın təlim adlandırdığı hərbi hərəkətlilik və işğalın qarşısında ən böyük maneə olaraq görülən Çindəki Qış Olimpiya Oyunları bu həftə sonu başa çatacaq.


Müəllif: Nemət