“Rusiyanın qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanıması siyasi fəlakət və Minsk razılaşmasının pozulması olacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Putinlə görüşdən sonra mətbuata açıqlamasında deyib.
O, Ukrayna böhranı ilə bağlı diplomatik imkanların hələ də qaldığını əlavə edib.
Rusiya lideri isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması ilə bağlı Dövlət Dumasının bugünkü müraciətindən məlumatlı olduğunu dilə gətirib.