ABŞ Müdafiə Nazirliyi ötən həftə ələ keçirilən narkotikin bazar qiymətinin 1 milyard dolları keçdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sahil mühafizə qüvvələri tərəfindən ələ keçirilən narkotik maddələrin bazar qiymətinin 1 milyard dollarrdan yuxarıdır.
Sahil Mühafizə qüvvələrinə məxsus “Cutter James” gəmisindən Floridanın Everqlades limanına boşaldılan narkotik dolu yükün görüntüləri paylaşılıb.
Qeyd edək ki, narkotik maddələr ötən həftə saxlanılsa da, informasiya bu həftə yayılıb.