24 Fevral 2022 12:37
2 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələri işğalçıya müqavimət göstərir, amma itkilər var. Prezident mütəmadi olaraq tərəfdaş ölkələrin rəhbərləri ilə əlaqə saxlayır, dövlətimizə dəstək gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Ölkənin sakit olması bizim üçün vacibdir. Bunu anlamağınızı istəyirəm: Ukrayna Silahlı Qüvvələri şiddətlə döyüşür. Artıq bir çox müsbət nəticələrimiz var. Bəzi ərazilərdən Rusiya silahlı qüvvələri rədd edilib. Amma itkilərimiz də var. Əlbəttə, itkilər yenə olacaq, amma bir daha qeyd etmək istərdim ki, Silahlı Qüvvələr Rusiyanın bütün ssenari və planlarına hazır idi və indi fəal müqavimət göstərir. Bu müqavimət getdikcə artacaq”, - Podolyak deyib.

O vurğulayıb ki, ölkə başçısı daim tərəfdaş ölkələrin rəhbərləri ilə əlaqə saxlayır, Ukraynaya dəstək olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər