21 Noyabr 2014 22:20
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev islahatlar kursunu davam etdirsə, beynəlxalq tərəfdaşlar, xüsusilə də ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək”.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, Ukraynaya göstərilən yardım Beynəlxalq Valyuta Fondunun xətti ilə davam edəcək.

“Mən Ukrayna prezidenti ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə etdim. Prezident və baş nazir Beynəlxalq Valyuta Fondu ilə islahatlar proqramı hazırlamaq üçün çox işləyiblər. Sizi inandırıram ki, əgər Ukrayna bu kursa davam etsə, ABŞ başda olmaqla, beynəlxalq tərəfdaşlar öz yardımlarını davam etdirəcəklər”, – deyə C. Bayden vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər