Nigeriyada “Boko Haram” silahlı qruplaşmasının ölkənin şimal-şərqindəki kəndlərindən birinə hücumu ən azı 45 nəfərin həlak olması ilə nəticələnib.
Teleqraf.com-un məlumatına görə, dövlət rəsmiləri silahlı dəstənin ölkənin Mafa regionunun Azaya Kura kəndində əsl qətliam törətdiyini bəyan ediblər. Kənd sakinlərinin 45 nəfərinin həyatına son qoyan silahlı quldur dəstəsi evlərin yarıdan çoxunu yerlə-yeksan edib, kəndi tərk etməmişdən əvvəl yüzlərlə motosikletə və maşına od vuraraq yandırıb.
Xatırladaq ki, oktyabrın 26-da kəndə hücum edən “Boko Haram” silahlı qrupu 30-dan artıq yeniyetməni girov götürmüşdü. Onların arasında 11-13 yaşlı uşaqların olduğu bildirilib.