Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək bunu “soyuq müharibədən sonra Avropanın tarixində dönüş nöqtəsi” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Merkel Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə münasibət bildirib.
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasının heç bir əsaslı izahı yoxdur, bunu ən şiddətlə qınayıram. Rusiyanın başladığı müharibə soyuq müharibədən sonra Avropa tarixində dönüş nöqtəsidir”, - eks-kansler deyib.