25 Fevral 2022 19:45
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk Rusiya səfiri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Papa Fransisk protokoldan kənara çıxaraq bu gün Rusiyanın Müqəddəs Taxt-tacdakı səfirliyinə baş çəkib.

Papa Fransisk Rusiya səfiri Aleksandr Avdeyevlə görüşüb və Ukraynadakı müharibə ilə bağlı narahatlığını bildirib.

Səfir Avdeyev görüşdən sonra Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, Papa Donbass və Ukraynadakı vəziyyətlə şəxsən maraqlanmaq üçün səfirliyə gəlib və o, uşaqların, xəstələrin və bütün həssas qrupların rifahı üçün müraciət edib.

Qeyd edək ki, protokola uyğun olaraq Roma Papası hətta dövlət başçılarını Vatikanda qəbul edirlər. Əgər Roma Papası səfirlə danışmaq istəsə, diplomat Vatikana çağırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər