22 Noyabr 2014 05:47
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Ukrayna üçün zəruri silah tədarükünü gerçəkləşdirmək niyyətindədir. Bu addım Konqresin müvafiq qərarından sonra reallaşacaq".

Teleqraf.com-un "Lenta.ru"ya istinadən məlumatına görə, müvafir fikirləri senator Con Makkeyn səsləndirib.

Barak Obamanın Ukraynaa silah yardımına qarşı çıxdığını söyləyən Makkeyn bunu biabırçılıq adlandırıb:

"Konqres Ukraynada baş verənləri ətraflı müzakirə edəcək. Zəruri qətnamələr qəbul olunacaq. Biz bu inadkar administrasiyaya qarşı bütün mümkün təzyiq vasitələrindən istiadə edəcəyik. ABŞ Ukraynanı silahla təmin edə bilmir. Bu, biabırçılıqdır. Ukraynalılar məhv edilir, 4 mindən çox adam həlak olub. Bunun qarşısını vaxtında ala bilərdik".


Müəllif:

Oxşar xəbərlər