Suriya və İraqda İŞİD ilə mübarizənin önə çıxmasıyla rahat nəfəs alan Əsəd rejimi gələn həftə Moskva ilə məsləhətləşərək yeni bir "Suriyada keçid planı"nı beynəlxalq ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Suriya xarici işlər naziri Vəlid Müallimin rəhbərlik edəcəyi nümayəndə heyəti Rusiya dövlət başçısı Vladimir Putin ilə görüşəcık. Görüşdə Əsədin Suriya müxalifətilə yenidən sülh danışıqlarına hazır olması və dialoqun təşkili müzakirə ediləcək.
Suriyada nəşr edən hakimiyyətyönlü "Əl Vətən" qəzeti Moskvada keçiriləcək görüşün detallarını açılayıb.
Qəzetə görə, Putin suriyalılar arasında başlayacaq yeni sülh danışıqlarında vasitəçi olmaq istəyir.
Hətta Moskvada keçiriləcək danışıqlarda, "müstəqil müxalif fiqurların yer alacağı" bir keçid hökumətinin qurulması, 2016-cı ildə seçkiyə gedilməsi və yeni bir konstitusiya hazırlanmasının belə müzakirə olunacağı bildirilir.
Qəzetə görə, baş tutarsa, danışıqlarda rejimlə dialoqa Suriya Müxalif Koalisyasının köhnə üzvləri, Əsəd rejiminin ölkədə fəaliyyətlərinə icazə verdiyi müxalif qruplar cəlb olunacaq.
Görüşdə müxalifləri təmsi edəcəyi təxmin edilən adlar arasında ən çox Suriya Müxalif və İnqilabçı Güclər Koalisyasını sədri Əhməd Muaz Hatibin adı hallanır.
Qeyd edək ki, Muaz Hatib bir müddət əvvəl Suriya məsələsiylə əlaqədar Moskvaya getmiş və Əsəd rejimi ilə dialoqun əleyhinə olmadığını bildirmişdi.
Nihad