27 Fevral 2022 23:57
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın aparıcı loqistika şirkətləri olan “FedEx” və UPS Ukraynadakı vəziyyət fonunda Rusiyaya bağlamaların göndərilməsini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bundan əvvəl hər iki şirkət Rusiyanın Ukraynada müharibəyə başlaması ilə əlaqədar bu ölkəyə bağlama göndərilməsini dayandırmışdı. Şirkətin xidmətlərin göstərilməsinin bərpa olunacağı vaxt açıqlanmır.

“FedEx” və UPS vəziyyətin inkişafını izlədiklərini bildiriblər.


Müəllif: Teleqraf.com