Fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayan Rusiya ordusu 5,3 mindən çox hərbçisini itirib. Rus işğalçıları həmçinin 29 təyyarə və 29 helikopter, 191 tank və 816 zirehli döyüş maşını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Onun sözlərinə görə, fevralın 24-dən fevralın 28-i səhər saat 6:00-dək düşmənin təxmini ümumi itkiləri məlum olub: "29 təyyarə, 29 helikopter, 191 tank, 816 döyüş maşını , 74 ədəd “SAM BUK”, 21 Qrad qurğusu, 3 gəmi, 291 avtomobil texnikası, 5 hava hücumundan müdafiə qurğuları, 291 ədəd avtomobil texnikası məhv edilib. Heyət arasında itkilər təxminən 5300 nəfərdir".
“Məlumat ilkin xarakter daşıyır, dəqiqləşdirilmə aparılır, çünki döyüşdən sonra onu əldə etmək olduqca çətindir”,- Malyar bildirib.