Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell bildirib ki, o, fevralın 28-də Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmək üçün Aİ müdafiə nazirlikləri rəhbərlərinin fövqəladə iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə J.Borrell “Tvitter”də yazıb.
“Bu gün mən Aİ müdafiə nazirlərini Rusiyanın səbəbsiz hücumu ilə əlaqədar Ukraynadakı son vəziyyəti müzakirə etmək üçün çağırıram”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, nazirlər daha təcili ehtiyacları müzakirə edəcək və yardımı koordinasiya edəcəklər.