28 Fevral 2022 17:42
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Belarusdakı səfirliyinin işini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu qərar bölgədə mövcud təhlükəsizlik problemləri ilə bağlı qəbul edilib.

Bundan başqa, Dövlət Departamenti Rusiyadakı səfirliyinin əməkdaşlarının bir qisminə ölkəni tərk etməyə icazə verib. Bu, "fövqəladə vəziyyət"də işləməyən əməkdaşlara və onların ailə üzvlərinə aiddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər