Ukraynanın Sumı vilayətinin Oxtırka rayonunda düşmən “Qrad”larının atəş açması nəticəsində 70-dən çox hərbçi və dinc sakin həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Sumı vilayətinin hərbi komandanlığının rəhbəri Dmitri Jivitski məlumat verib.
“Düşmən Oxtırkada yerləşən hərbi hissəni güclü atəşə tutub, hərbi hissə, təəssüf ki, tamamilə məhv edilib. 70-dən çox hərbçi, çox sayda dinc sakin həlak olub”, - Jivitski deyib.
Onun sözlərinə görə, martın 1-nə keçən gecəyə olan məlumata görə, regionun şimalında vəziyyət az-çox stabil olsa da, Konotop hələ də düşmənin mühasirəsindədir.
Jivitski qeyd edib ki, Sumı mühasirədədir: “Amma biz düşmənin hücumlarını dəf edirik. Bu gün düşmənin ondan çox texnikası məhv edilib. Pulemyotlarla silahlanmış on nəfərdən ibarət qrupu, həm zirehli transportyoru, həm də yaylım atəş sistemi, tankı və yanacaq daşıyan maşını ələ keçirilib. Yerli sakinlər “Molotov kokteyli”ndən istifadə edir və düşmənin maşınlarını məhv edirlər. Lebedin şəhəri mühasirədədir, amma biz müdafiə oluna bilrik”.
Onun sözlərinə görə, rus ordusunun hücumlarından ən çox Oxtırka əziyyət çəkib, ən güclü müqaviməti bu şəhər göstərib.