1 Mart 2022 18:48
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiyanın Ukraynaya hücumu, regional proseslər və Türkiyə-Niderland münasibətlərini müzakirə ediblər.

Həmçinin Türkiyənin dövlət başçısı Avstriyanın Prezidenti Van Der Bellenlə danışıb. Onlar Ukraynadakı vəziyyəti, həmçinin Türkiyə-Avstriya münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər