22 Noyabr 2014 20:08
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada terrorçular axşam noyabrın 21-dən 22-ə keçən gecə Donetsk vilayəti ərazisində yerləşən Debaltsevo şəhərini atəşə tutublar. Separatçılar şəhərə bir neçə ardıcl raket zərbəsi endiriblər.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 5 nəfər dinc sakin yaralanıb , 20 yaşayış evi isə zərər çəkib.

Bununla bağlı bu gün keçirdiyi brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko məlumat verib.

O, bildirib ki, gecə yerli vaxtla saat 22.45 radələrində atəş xüsusilə intensivləşib: “Xoşbəxtlikdən terrorçuların atdığı raketlərin bir neçəsi partlamayıb”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər