5 Mart 2022 14:47
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Kiyevdə vəziyyət tamamilə Ukrayna ordusunun nəzarətindədir. Dövlət orqanları öz yerindədir və işləməkdə davam edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” Partiyasının deputatı Fedor Venislavski telemarafon zamanı deyib.

O qeyd edib ki, Kiyev şəhərində vəziyyətə Silahlı Qüvvələr tam nəzarət edir:

“Dövlət orqanları, hər şey yerindədir. Heç bir saxtakarlığa inanmayın. Prezident kabinetdə işləyir. Nazirlər Kabineti öz ofisində fəaliyyət göstərir. Deputatlar da işlərini görürlər. Kimi Kiyevdə, kimi rayonlarda - humanitar məsələlərin həllini, Silahlı Qüvvələrə tədarükün koordinasiyasını təmin etməyə kömək edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər