Rusiya və Ukrayna arasındakı müharibə 11-ci günündə də davam edir. Nəhayət, sabah tərəflər arasında keçiriləcək üçüncü görüşün nəticəsinin olacağı ehtimal olunur.
Teleqraf.com xəbər verir ki, Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov Rusiya liderini dayandırmağın yeganə yolunu açıqlayıb.
“Putini dayandırmağın yeganə yolu ona müqavimət göstərməkdir. Ukraynalılar hazırda qəhrəmancasına müqavimət göstərirlər və bunu davam etdirməlidirlər”, - İllarionov bildirib.
O, Putinin psixoloji problemlərinin olması ilə bağlı deyilənlərin yanlış olduğunu deyib:
“Putin hesablamalarını aparan və diqqətini hədəfinə cəmləyən biridir. O, ağlını itirməyib, Avropa liderləri bunda yanılırlar”.