6 Mart 2022 18:56
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksiy Reznikov ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıq zamanı türkiyəli nazir təhlükəsiz təxliyənin təmin edilməsi və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən müddətə də olsa atəşkəsin zərurətini vurğulayıb.

Bundan əlavə, H. Akar Türkiyənin əvvəllər olduğu kimi Ukraynaya humanitar yardımın çatdırılması, sülh və əmin-amanlığın bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu da qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər