7 Mart 2022 14:56
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Müxalifət Platforması - Həyat Naminə” (OPZJ) partiyası Rusiya və Ukraynanı tezliklə atəşkəs barədə qərar qəbul etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.

“Partiya sülh yolu ilə nizamlanmanın ardıcıl tərəfdarıdır. Müxalifət Platformasının Siyasi Şurası - Həyat naminə hərbi əməliyyatlara son qoymaq üçün diplomatik səyləri dəstəkləyir. Diplomatiya və danışıqlar müharibədən insanların həyatını xilas edəcək və humanitar fəlakətdən qaçacaq yeganə çıxış yoludur”, - Ukrayna müxaliət partiyası elan edib.

OPZJ qeyd edir ki, onun rəhbərliyi partiya təşkilatlarına ehtiyacı olanlara kömək etmək üçün bütün mövcud resurslardan istifadə etməyi tapşırıb: “İnsan həyatından qiymətli heç nə yoxdur, biz Ukrayna vətəndaşlarına yardım və dəstək göstərmək üçün əsas vəzifəmizi müəyyənləşdirmişik”.

Ana müxalifət partiyası hesab edir ki, ölkənin qanunverici orqanı bütün şərtlər altında işləməlidir. “Müxalifət Platformasının Siyasi Şurası – Həyat Naminə partiyası Ali Radadakı fraksiyasına hərbi vəziyyət şəraitində parlamentin səmərəli fəaliyyətini təmin etmək üçün təkliflərimizi hazırlayıb təqdim etməyi tapşırıb.

Deputatlarımıza göstəriş veririk, parlamentdəki həmkarlarımızı Ukrayna və Ukrayna xalqı adından birləşməyə, sülh prosesinə maksimum kömək göstərməyə, dövlət orqanlarının sülhsevər səylərini hər cür dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyasından sonra ən çox deputat mandatına Rusiyameylli OPZJ malikdir.


Müəllif: Nemət

Oxşar xəbərlər