İtaliya sahil mühafizə qüvvələri iki sutka ərzində 700-dək afrikalı miqrant xilas edib. Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, Liviyadan Siciliyaya üzərkən qəzaya uğrayan 5 gəmidən 520 nəfər xilas edilib. Daha iki qrup miqrant (78 və 93 nəfər) ticarət gəmiləri tərəfindən xilas olunub.
İtaliyanın rəsmi qurumları miqrant axınının xeyli artdığını qeyd edir. Belə ki, 2013-cü ilin birinci yarısında ölkəyə 8 min miqrant daxil olub, həmin ilin ikinci yarısında 35 min, 2014-cü ilin birinci yarısında isə 65 minədək miqrant gəlib.
Məlumata görə, İtaliya sahil mühafizə qüvvələri hər gün, orta hesabla, 400 miqrant xilas edir.