9 Mart 2022 08:00
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya istənilən Rusiya təyyarəsinin onun hava məkanına daxil olmasını cinayət hesab edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.

“Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər”, - deyə nazir bildirib.

Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş verib. Avropa İttifaqı da fevralın 28-də oxşar məhdudiyyət tətbiq edib. ABŞ, İsveçrə, Moldova, Norveç, Şimali Makedoniya, Kanada və Böyük Britaniya da bu tədbirə əl atıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər