NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını keçirəcəklər.
Teleqraf.com-un məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
"Çərşənbə günü, martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək. Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar aparacaqlar", - deyə açıqlamada deyilir.
Görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.