Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba Antalyada keçirilən görüşdə üz-üzə əyləşiblər.
Teleqraf.com xəbər verir ki, danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir, hər üç nazirin əyləşdiyi masa P hərfi ilə yerləşir.
Nümayəndə heyətlərinin hər birində üç iştirakçı yer alır.
Rusiya tərəfdən görüşdə Belarus ərazisində Rusiya və Ukrayna arasında təmaslarda iştirak edən xarici işlər nazirinin müavini Andrey Rudenko da iştirak edir.