Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyəti Rusiyanın dünyanın siyasi xəritəsində qalmaq hüququ uğrunda döyüş adlandırıb, Qərbin Rusiyanın hərəkətlərinə reaksiyasının isə çılğın olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, S.Lavrov deyib:
“İndi, əlbəttə ki, Qərbin bizim hərəkətlərimizə reaksiyası o qədər qəzəblidir ki... Bu, onu göstərir ki, həqiqətən də burada həyat yox, ölüm, Rusiyanın qanuni maraqlarına tam hörmətlə dünyanın siyasi xəritəsində olmaq haqqı uğrunda mübarizədən gedir”.