"Rusiya ABŞ-a gözlənilməz üsulla hücum edəcək və bunun nəticəsi sanskiyalardan daha ağır olacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı jurnalist Matt Gurney çıxış edib. O, Rusiyanın ABŞ-ı peyk sistemi ilə vura biləcəyini iddia edib:
“Rusiya öz peykini ABŞ peyki ilə toqquşduraraq, ABŞ-ın bütün mobil əlaqə və internetini sıradan çıxara bilər. Digər tərəfdən Rusiyanın belə bir addım atacağına çoxları inanmır. Çünki peyk sistemi Qərbin həm iqtisadi, həm də hərbi həyatı üçün çox önəmlidir.
Buna görə də peykin vurulması müharibəni başlatmağa ekvivalent olacaq. Bu fantastik ssenari amerikalılar baxımından çox qorxuducudur, çünki hər bir ABŞ vətəndaşı bundan təsirlənəcək. Buna görə də, rəsmi Moskva belə bir kosmos hücumu edə biləcəyini göstərəcək müxtəlif addımlar atacaq”.