Müharibə zamanı ölkəmizin 1 300 nəfərə yaxın, Rusiyanın isə 12 mindən çox hərbçisi - hər on nəfərdən biri həlak olub. Rusiyanın 12 min hərbçisinin həlak olmasına sevinmirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Onların əksəriyyəti hara gəldiklərini ümumiyyətlə bilmirlər. Rusiya hərbçiləri hansısa faşizmdən danışırlar. Onların beynini doldurdular ki, biz burada bir növ nasistik, sözlərimə görə məni bağışlayın”, - Zelenski bildirib.
Onun sözlərinə görə, rus hərbçiləri şəhərləri mühasirəyə alır, talan edir, insanlara hətta su gətirməyə imkan vermirlər.