Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 823 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 635 509, ölənlərin sayı isə 16 554 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 585 885 nəfərin sağaldığı bildirilib.