BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqlara çağırıb.
Teleqraf.com xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter sosial şəbəkəsindəki hesabında yazıb.
"Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir. Bu faciəyə son qoyulmalıdır. Bizə hərbi əməliyyatların dərhal dayandırılması və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır", - BMT rəhbəri tviterdəki səhifəsində qeyd edib.