Ukrayna Ali Radasının iyirmiyə qədər deputatı müharibə dövründə ölkəni tərk edib. Bu şəxslərin hamısının adı Ukrayna Təhlükəsizlik Xidmətinə bəllidir.
Teleqraf.com xəbər verir ki, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko deyib.
O əlavə edib ki, Ukraynanı tərk edən deputatlarla bağlı müxtəlif rəqəmlər var: “İndi dəqiqləşdirməyəcəyəm. 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”.
Vitse-spiker əlavə edib ki, 9 deputat hazırda Avropa Şurasında ezamiyyətdədir.
“Qaçaq xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur. Departament onlarla əməkdaşlar haqqında qanun qüvvəyə minən kimi məşğul olacaq”,- Ali Radanın sədr müavini əlavə edib.
Bundan əvvəl Radanın sədri Ruslan Stefançuk Ukrayna ərazisini tərk edən xalq deputatlarının satqın hesab ediləcəyini bildirib.