16 Mart 2022 00:28
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 24-də NATO-nun Ukraynadakı vəziyyət və alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı özünün tviter səhifəsində yazıb.

"Mən martın 24-də NATO-nun mənzil-qərargahında fövqəladə sammit çağırdım. Biz Rusiyanın Ukraynaya müdaxiləsini, Ukraynaya güclü dəstəyimizi, NATO-nun çəkindirici və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini müzakirə edəcəyik", - NATO-nun baş katibi bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, sammitdə Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden də iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər