Rusiyanın Suriya və Liviyadan muzdluları və Uzaq Şərqdəki bölmələrinin bir hissəsini Ukraynaya qarşı müharibəyə cəlb etmək cəhdləri indiyədək uğursuz olub.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ukrayna ətrafında ümumi vəziyyətə və cəbhə xəttindəki ən qaynar nöqtələrə gəlincə, durum gün ərzində dəyişməyib və dəyişmək şansı da yoxdur. Rusiya öz resurslarını tükətdiyi üçün Suriya və Liviyadan muzdluları və Uzaq Şərqdəki bölmələrinin bir hissəsini hərbi əməliyyatlara cəlb etmək cəhdləri indiyədək uğursuzluqla nəticələnib. Yəni onların həm bizim fikrimizcə, həm də aparıcı Qərb ekspertlərinin fikrincə heç bir ehtiyatı yoxdur”, - Arestoviç bildirib.
Arestoviç qeyd edib ki, dünən ruslar İzyum və Nikolayevdə ağır itki veriblər və bəzi istiqamətlərdə gedən taktiki döyüşlərdə ilişib qalıblar, irəliləyə bilmirlər.