Casusluq iddiaları ilə diqqətçəkən fransız yazıçı Bernard Henri Levinin 21 gündür Rusiya işğalına qarşı döyüşən Ukraynada fotoları çəkilib.
Teleqraf.com xəbər verir ki, Odessada Ukrayna xüsusi təyinatlılarının mühafizəsi altında küçədə dolaşdığını göstərən fotoşəkilləri mətbuatda əksini tapmış Bernard Henri Levinin orada nə işlə məşğul olduğu hələlik məlum deyil.
Bundan əvvəl Liviya, Əfqanıstan, Suriya və İraqda keçirdiyi görüşlərlə diqqət çəkən Levinin qarşıdurmadan günlər əvvəl Ukraynanın paytaxtı Kiyevdə sərhəd qoşunlarına baş çəkdiyi və bu ölkənin keçmiş prezidenti Petro Poroşenko ilə görüşdüyü bildirilib.
Levi PKK/YPG terror təşkilatı ilə yaxınlığıyla da tanınır.
2014-cü ildə Suriyanın Ayn əl-Ərəb şəhərinə gedən Levi təxminən 10 gün bölgədə qalmışdı. Burada verdiyi açıqlamada qarşıdakı 2 il ərzində “Kürdüstan”ın qurulacağını demişdi.