Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Klaus İohannis ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Danışıq zamanı tərəflər Rusiya-Ukrayna müharibəsinə dair son hadisələri, həmçinin, humanitar vəziyyəti müzakirə ediblər.