18 Mart 2022 13:42
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Rusiya hərbi hava qüvvələrinin paytaxt Kiyevə hava zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, Ukrayna hava müdafiə qüvvələri buraxılan raketi havada zərərsizləşdirib.

Kiyevin Podolsk rayonunda vurulan raketin qalıqlarının düşməsi nəticəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Xilasedicilərin sözlərinə görə, birinci və üçüncü mərtəbələrdəki mənzillər yanıb.

İlkin məlumata görə, bir nəfər ölüb, dörd nəfər yaralanıb. 12 nəfər xilas edilib, xilasedicilər evin 98 sakinini təxliyə ediblər.


Müəllif: Nemət